London taksiləri Gəncədə

Yaxın günlərdə 2016-cı il Avropa Gənclər Paytaxtı Gəncədə London taksiləri şəhər sakinlərinə və qonaqlara xidmət göstərəcək.

AzEuroNews AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə şəhərə 10 ədəd bənövşəyi London Taxi TX4 avtomobilləri gətirilib.

Nəqliyyat xidmətini həyata keçirən qurumla zəruri hüquqi sənədləşmə işləri tamamlandıqdan sonra taksilərin istismarına başlanılacaq.