Braziliyanın turizm naziri Olimpiadaya iki ay qalmış istefa verib

Braziliyanın turizm naziri Enrike Eduardo Alves cümə axşamı istefa barədə ərizə verib.

“Report” xəbər verir ki, bu barədə “R7” portalı məlumat yayıb.

Alves öz postunu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 2 ay qalmış tərk edir. Federal Ali Məhkəmənin məlumatına əsasən, onun istefasına Alvesin “Petrobras” dövlət enerji şirkətində iri sövdələşmə çərçivəsində böyük məbləğ almaqda şübhəli bilinməsi səbəb olub.