Magistr olmaq istəyən 5 mindən çox bakalavr ixtisaslaşma seçimi edib

Young focused student using a tablet computer in a library

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a bildirilib ki, bu gün saat 14:00-a olan məlumata əsasən, 5 464 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 4 979 nəfəri ərizəsini təsdiq edib.

Xatırladırıq ki, ixtisaslaşma seçiminə iyunun 9-dan start verilib və bu proses iyunun 19-u saat 24:00-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.