Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb

Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam olaraq yerinə yetirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə “Uralvaqonzavod” korporasiyasının baş direktoru Oleq Siyenko bildirib.

“Tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, – deyə Siyenko Sankt Petrburq Beynəlxalq İqtisadi Forumda müvafiq suala cavab olaraq  bildirib.

Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.