YAP ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

yunun 16-da Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə əminliklə vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında sıx əməkdaşlıq əlaqələri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcək.

Görüşdə Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Sezar Mateo Rossello Lopez də iştirak edib.