Çex turist: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

Bunu Trend-ə Bakıya həyat yoldaşı ilə birlikdə “Formula 1” yarışlarını izləməyə gəlmiş çexiyalı turist Anton Kropski deyib.

turist-1Onun sözlərinə görə, Bakı regionun ən gözəl şəhəridir.

Turist qeyd edib ki, Bakıda yarışlar ən yüksək səviyyədə təşkil olunub: “Bundan sonra tusirtlər Azərbaycana daha çox gəlməyə başlayacaqlar”.

Bakıda “Formula 1” Avropa Qran Prisi kubokunun ilk FOTOsu
Qeyd edək ki, iyunun 18-də Bakıda “Formula 1” Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.