Juno 4 iyulda Yupiterə çatacaq

Beş ildir yolda olan NASA ya aid Juno adlı kosmik gəminin iyulun 4-ündə Yupiter planetinə çatacaği gözlənilir. Juno bu böyük planetin necə yarandığını araşdıracaq.

AzEuroNews “Deutsche Welle”-ə istinadən xəbər verir ki, Juno’nun Yupiterin güclü radiasiyalı sahəsinə yaxınlaşarkən yavaşlayıb, eniş etməyi planlasdırılır. South west Tədqiqat İnstitundan olan missiya direktoru Scott Bolton bunun ücün cəmi bir cəhd şanslarının olduğunu ifadə edib. Əgər bu cəhd uğurlu alınarsa, Juno Yupiterin qütbləri boyunca bir il səyahət edəcək və buludlara daxil olaraq Simal və Cənubdan gələn işıq şualarını araşdıracaq. Hələlik bu suaların Günəş Sistemində ən güclü işıq şuaları olduğu düşünülür.

1970-ci ildən bəri Yupiterin ətrafında bir cox kosmik gəmilər dövr edib və yanından kecib. Yupiterin səthində ki böyük qırmızı nöqtə də daxil olmaqla bir cox fotolar və məlumatlar əldə edilib. Ancaq, bu vaxta qədər ən ətraflı tədqiqat Qalileo kosmik gəmisi ilə aparılıb. 14 il müddətində planeti və peyklərini tədqiq edən Qalileo hətta planetin səthinə tədqiqat robotu da göndərmişdi.

Səthi qayalıq olan bu planet Yer planetindən fərqli olaraq Hidrogen və Heliumdan ibarətdir. Tədqiqatçılar hələki Yupiterdə nə qədər oksigen və ya su olduğu haqqında məlumata sahib deyillər.

Juno’nun 2018-ci ildə bu missiyanı tamamladıqdan sonra Yupiterin atmosferində yanaraq yox olacaği gözlənilir.