Milli Məclisdə ​YAP-ın deputatlarının sayı 72-yə çatıb

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb.

“Report”un xəbərinə görə, partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.

YAP-ın namizədlərinin 71-i 2015-ci V Çağırış Milli Məclisə seçkilərdə qalib gəlib. Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb. İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib. İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib. Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.

Yeni Azərbaycan Partiyası onlardan 71-nin namizədliyini rəsmi formada irəli sürüb. Bir nəfər  – YAP üzvü Mirzəcan Xəlilov  öz təşəbbüsü ilə seçkiyə qatılıb. 2015 – ci il noyabrın 1 – də keçirilən parlament seçkilərin o, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.