Rusiyada faciə – Matəm elan edildi

İyunun 19-da Rusiyanın Kareliya Respublikasında faciəli hadisə baş verib. 

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Syamozero gölündə səyahət zamanı göyərtəsində 47 nəfərin olduğu üç qayığın fırtınaya düşməsi nəticəsində 14 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.

Respublika rəhbəri Aleksandr Xudilaynen bildirib ki, ölən uşaqlardan birinin cəsədi hələlik tapılmayıb. O, qeyd edib ki, hazırda axtarış işləri davam etdirilib.

Baş verən faciə ilə əlaqədar Kareliya Respublikasında və paytaxt Moskvada matəm elan olunub.

https://www.1tv.ru/news/2016/06/19/304410-tragediya_v_karelii_na_syamozere_pogibli_deti_kotorye_otpravlyalis_na_ekskursiyu