Strasburqda AŞPA Yay sessiyası öz işinə başlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası Strasburqda öz işinə başlayır.

AzEuroNews AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Türkiyədə demokratik institutların fəaliyyəti, Yunanıstanda qaçqınlarla bağlı vəziyyət, miqrantlara qarşı zorakılıq, Avropa institutlarının şəffaflıq məsələsi və s. müzakirə olunması planlaşdırılır.

İlkin gündəliyə əsasən, hazırkı sessiyanın proqramına Azərbaycanla bağlı məsələlər daxil edilməyib.

Sessiyada Yunanıstanın baş naziri Aleksis Sipras və Estoniyanın baş naziri Taavi Rıyvasın çıxışı gözlənilir.

Sessiya öz işini iyunun 24-də başa vuracaq.