ADA universiteti ADAU-ya rəqib oldu

ADA Universiteti kənd təsərrüfatını idarəetmə sahəsində yeni magistratura proqramı tətbiq edir. Trend-in məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “Kənd təsərrüfatına strateji baxış: rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusunda keçirilən konfransda deyib.

ADA-da təşkil olunmuş konfransda H.Paşayev qeyd edib ki, söhbət iki illik proqramdan gedir, proqramın ilkin mərhələsində artıq bu ilin sentyabrından 25 tələbəyə təhsil veriləcək.

Onun sözlərinə görə, proqram Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılır: “Güman edirəm ki, proqram faydalı olacaq”.