Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.

“Report” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Qazaxıstan liderinin səfəri çox güman payızın ortasında baş tutacaq.

Hazırda diplomatik kanallar vasitəsilə səfərin dəqiq tarixi və proqramının müəyyənləşdirilməsi üzrə işlər aparılır.