Taxt oyunları (Game of Thrones) serialının 6-cı mövsümünün finalı

Taxt oyunları (Game of Thrones) serialının 6-cı mövsümünün final epizodu ən uzun bölüm olacaq.

İyunun 26-da efir gedəcək seriya 69 dəqiqə davam edəcək. Sonuncu seriya “Qızın küləkləri” adlanacaq.

Taxtların Oyunu – Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb.