Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

Savings

Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu müddət ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 1 822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,5%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 846,9 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.