Naxçıvana gələn turistlərin sayı açıqlanıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasına 147 542 nəfər turist gəlib.

“Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 5675 nəfər çoxdur.

Qeyd edək ki, ötən il muxtar respublikaya 389 823 turist gəlib.