AVRO-2016: 1/8 finalda qarşılaşacaq komandalar hansılardır?

Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 finalının bütün iştirakçıları məlum olub.

france-mapAzEuroNews “Report”-a istinadən xəbər verir ki, Fransa, Macarıstan, Uels, Almaniya, Xorvatiya və İtaliya turnirin “play-off” mərhələsinə qruplarında birinci yeri tutaraq vəsiqə qazanıblar.

İngiltərə, Polşa, İsveçrə, İslandiya, İspaniya və Belçika yığmaları öz qruplarında ikinci yeri tutublar.

İrlandiya, Şimali İrlandiya, Portuqaliya və Slovakiya komandaları qruplarda üçüncü yeri tutanlar siyahısında ən yaxşılar olublar.

1/8 finalda qarşılaşacaq komandalar:

İsveçrə — Polşa (25 iyun);

Xorvatiya — Portuqaliya (25 iyun);

Uels — Şimali İrlandiya (25 iyun);

Macarıstan — Belçika (26 iyun);

Almaniya — Slovakiya (26 iyun);

İtaliya — İspaniya (27 iyun);

Fransa — İrlandiya (26 iyun);

İngiltərə — İslandiya (27 iyun).

Avropa çempionatı iyulun 10-da başa çatacaq.