“Dalğa Beach-Aqua Park” istirahət mərkəzində Elnur Hüseynovun solo-konserti olacaq

“Dalğa Beach-Aqua Park Resort” istirahət mərkəzinin “Xoxo karaoke club”unda “Eurovision-2008”də Azərbaycanı təmsil edən gənc müğənni Elnur Hüseynovun solo-konserti olacaq.

İstirahət mərkəzinin PR meneceri Ləman Əsgərovanın “Report”a verdiyi məlumata görə, konsert proqramı iyunun 24-də keçiriləcək: “Konsert proqramında qonaq müğənnilər Səbinə Babayeva, Diana Hacıyeva da iştirak edəcəklər. Tədbir saat 22:00-da başlayacaq. Giriş biletlədir. Biletləri “Xoxo karaoke club”nun şəhərdəki filialından (ünvan:Səməd Vurğun küçəsi 77) və “Dalğa Beach-Aqua Park Resort” istirahət mərkəzinin kassalarından almaq olar. Biletlərin standart qiyməti 30, premium biletlərin qiyməti isə 50 manatdır. Premium biletlərə meyvə asortisi daxildir”.

Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. “Dalğa Arena”nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. Burada çalışan 310 nəfərlik heyət eyni anda 1200 nəfər qonağa xidmət göstərə bilir.

Xatırladaq ki, bu yay mövsümündə istirahət məkanının dənizkənarı çimərlik zonasına lacivərt yeni qum gətirililib. Bununla da “Dalğa Beach-Aqua Park”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb. Bundan başqa, əvvəlki ildən fərqli olaraq, istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib.