Səfir: “Aİ bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyir”

“Məqsədimiz miqrasiya və mobillik sahəsində Azərbaycan rəsmiləri ilə əməkdaşlığı davam edirməkdir”.

AzEuroNews “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan ilə Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq viza rejiminin sadələşdirilməsi və readmissiya sahəsində Azərbaycan ilə müqavilələrin imzalanmasından sonra daha da güclənib. Xanım diplomat mobilliyin əsas elementlərinin miqrasiya və sərhəd mühafizəsi məsələləri olduğunu əlavə edib.

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının 25-ci ildönümünü qeyd edirik. Bu əməkdaşlığın gələcəyi var. Biz bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyirik”, – deyə səfir bildirib.