“Azərcell”in bəzi xidmətlərində çətinliklər yaranacaq

İyunun 29-u gecə saatlarında “Azercell Telecom” şirkətinin bəzi xidmətlərindən istifadədə və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklər yarana bilər.

“Report” xəbər verir ki, bu barədə “Azercell”in abunəçiləri üçün yaydığı müraciətdə deyilir.

Məlumata görə, çətinliklərin yaranmasına səbəb sistemdə aparılan təkmilləşdirmə işləridir.