Sinqapur hava limanında eniş zamanı “Boeing 777” alovlanıb

ROBINS AIR FORCE BASE, Ga. (AFPN) -- The aircraft fire-training facility here is now fueled by propane which is environmentally friendly. The new fire pit allows firefighters to train for more than one type of incident and to practice fighting wing fires, engine fires and auxiliary power-unit fires. It is equipped with five igniters and burners, allowing firefighters to train in 15 different scenarios. (U.S. Air Force photo by Sue Sapp)

“Singapore Airlines” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi mühərrikində yaranan problemlər səbəbindən qayıtmağa məcbur olduğu Çanqi hava limanında təcili eniş zamanı alovlanıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir. Təyyarədə olan 222 sərnişin və 19 ekipaj üzvü hadisə nəticəsində xəsarət almayıb. Alovlanan mühərrik Sinqapur hava limanının fövqəladə xidmət əməkdaşları tərəfindən söndürülüb.

“Singapore Airlines” aviaşirkətinin təyyarəsi səhər tezdən Sinqapurdan Milana uçub, lakin iki saatdan sonra heyət üzvləri mühərrikdə baş verən nasazlıqdan xəbər tutub və havaya qalxdıqları hava limanına geri qayıtmaq qərarına gəlib.