Avropa Parlamenti Britaniyanı Aİ-dən tez çıxmağa çağırır

Avropa Parlamenti (AP) Avropa İttifaqını (Aİ) Böyük Britaniyanı bu qurumdan çıxmağını rəsmiləşdirməsi üçün Lissabon müqaviləsinin 50-ci maddəsini təxirə salmadan reallaşdırmağa çağırıb. AzEuroNews RİA Novosti-yə istinadən bildirir ki, belə çağırış AP-nin qətnamə layihəsində yer alıb.
Bu sənəd AP-nin Brüsseldə keçiriləcək təcili sessiyasında qəbul olunacaq.