DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin buraxılışı ilə bağlı problem yoxdur

Azərbaycan-Rusiya sərhədində yüngül minik nəqliyyat vasitələrinin buraxılışı ilə bağlı problem müşahidə olunmur.

Bunu Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.

Komitədən bildiriblər ki, hazırda sərhəddə avtomobil nəqliyyatı vasitələrinin buraxılışı ilə bağlı heç bir problem müşahidə olunmur: “Ötən gün Rusiya tərəfdən yaranmış texniki problem qısa müddət ərzində aradan qaldlırılıb”.

Qeyd edək ki, Rusiya KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, ötən gün Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində kompüter şəbəkəsində yaranmış nasazlıq səbəbindən avtomobillərin növbəsi yaranıb.