İran ordusunun Baş Qərargah rəisi 27 ildən sonra dəyişib

İran Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi general-mayor Məhəmmədhüseyn Baqiri Baş Qərargah rəisi təyin edib.

Məlumata görə, 1989-cu ildən etibarən bu vəzifəni general-mayor Seyid Həsən Firuzabadi tutub. Seyid Əli Xamneyinin qərarı ilə 27 ildən sonra Baş Qərargah rəisi vəzifəsindən azad olunan Seyid Həsən Firuzabadi İran Silahlı Qüvvələri Komandanlığının ali hərbi müşaviri vəzifəsinə təyin edilib.