“Ramiz Mehdiyevin modeli qələbə çaldı…” – Həmid Herisçi

Tanınmış yazar Həmid Herisçi Böyük Britaniyada Avropa İttifaqından çıxmaq üçün keçirilmiş referenduma münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, o, səsvermənin nəticəsi haqda fikrini bildirərkən “Avropa batır” ifadəsindən istifadə edib. Həmid Herisçi bununla Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin dəstəklədiyi modelin qələbə qazandığını qeyd edib.

Yazarın fikirlərini olduğu kimi təqdim edirik:

“Geopolitik təfəkkür fövqəlinsana məxsusdu. Növruzəlilər, untermenşlər isə ən yaxşı halda siyasi təfəkkürə malikdirlər.

Britaniya referendumu multikulturizmə, qlobalizmə yox dedi. Ramiz Mehdiyevin “suveren demokratiya” modeli qələbə çaldı… Avrointeqrasiya arxivə göndərildi. Merkel, Olland Putinə məğlub oldular. Tezliklə onların istefası gözlənilir…

Ukrayna, Latviya, Litva, Estoniya, Polşa avara qaldılar. Yunanıstana axan alman pulları göyə sovruldu… Seymur Baycanın Avropa, Gürcüstan sevdası suya düşdü…

Avropa batır, bəli, cənablar… Gedin ağlayın…

Ərdoğan, bunu duyub, tez Putindən üzr istədi… Üfüqlərdə İsrail-Rusiya-Türkiyə işbirliyi görünür…

Azərbaycanda bunu çoxdan deyənlər vardı… Ramiz Mehdiyev kimi…”