`Türkiyə üçün dua edin` – Madonnadan dünyaya çağırış

Dünya şöhrətli pop ulduz Madonna Türkiyədə törədilən dəhşətli terror hadisəsinə biganə qalmayıb.

AzVision.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində status yazıb və üzərində ay-ulduzun əks olunduğu şəkil paylaşıb.

“İstanbul, Türkiyə üçün dua edin. Niyə başqa birini sevmək bu qədər çətin!”

Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.