İstanbulda törədilmiş terror aktında şübhəli bilinən 11 nəfər həbs edilib

Türkiyədə İstanbulun Atatürk Hava Limanında törədilmiş terror hücumlarında əli olmaqda şübhəli bilinən 11 nəfər həbs edilib.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, saxlanılanlar arasında 1 Rusiya vətəndaşı da var.

Onların hamısı İŞİD terror qruplaşması ilə bağlıdır. Əməliyyat İstanbulun Başakşehir rayonunda keçirilib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanında 3 terrorçu-kamikadze terror aktları həyata keçirib. Üç partlayış nəticəsində 42 nəfər dünyasının dəyişib, 238 nəfər yaralanıb.