Azərbaycan bu il Tacikistana təqribən 380 min dollar məbləğində humanitar yardım göstərib

Tacikistan bu ilin ilk beş ayı ərzində Azərbaycandan təqribən 380 min dollar məbləğində humanitar yardım alıb.

“Report” “Asia-Plus” istinadən xəbər verir ki, Tacikistanın bu dövr ərzində 46 ölkədən aldığı humanitar yardımın ümumi məbləği 20 milyon dollar təşkil edib.

Tacikistan ən çox Çin, Rusiya və Pakistandan yardım alıb.

Bu baxımdan Tacikistanın donor-ölkələri arasında Azərbaycanın payı 1,9% təşkil edib.