Azərbaycan cüdoçusu Qran-Pridə bürünc medal qazanıb

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Qran-Pridə bu gün Azərbaycanın daha 1 cüdoçusu yığmaya medal qazandırıb.

“Report”un məlumatına görə, 73 kq çəkidə çıxış edən Fəqan Quluzadə yarışda üçüncülük əldə edib.

O, həlledici görüşdə digər azərbaycanlı cüdoçu Telman Vəliyevlə qarşılaşıb və qalib gəlib. 81 kq-da isə Afiq Səfərli bürünc medal uğrunda görüşdə koreyalı Yunq Von Yuna uduzub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəkidə çıxış edən Davud Məmmədsoy bürünc medal qazanıb.