Çində avtobus qəzasında 26 nəfər ölüb

Çinin Tiencin şəhəri yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər ölüb.

AzEuroNews AZƏRTAC-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Tiencin-Cisian avtomagistralında hərəkət edən avtobus idarəetməni itirərək, yol kənarındakı su ilə dolu xəndəyə düşüb.

İlkin ehtimala əsasən, sürücünün idarəetməni itirməsinə səbəb avtobusun təkərlərindən birinin anidən boşalması olub. Hadisə nəticəsində 4 nəfər yüngül xəsarətlə xilas ola bilib.