Dünya birjalarında qızıl 18 dollardan çox bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 17 949,37 bəndədək, S&P 500 0,19% – 2 102,95 bəndədək, NASDAQ 0,41% – 4 862,57 bəndədək artıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,13% – 6 577,83 bəndədək, Almaniya DAX-ı 0,99% – 9 776,12 bəndədək, Fransa CAC-40-ı 0,86% – 4 273,96 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 18,40 dollar artaraq 1 339,00 dollara, gümüş isə 1,23 dollar bahalaşaraq 19,86 dollara satılıb.