AYİB Azərbaycana yeni sədrini təyin edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn vəzifəsindən gedib. Bu barədə Trend-ə bankdan deyiblər.

AYİB-in yerli ofisindən qeyd ediblər ki, buna səbəb N.Makkeynin səlahiyyət müddətinin başa çatmasıdır.

N.Makkeyn artıq AYİB-in Mərkəzi Asiya üzrə direktoru təyin edilib.

AYİB-in Azərbaycanda yeni sədri hələ təyin edilməyib.