Azərbaycanın əməkdar artisti Yakutiyada çıxış edəcək

Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, tarzən Sahib Paşazadə Yakutiyada konsert verəcək.

“Report” “Yakutia.info” portalına istinadən xəbər verir ki, konsert iyulun 7-də III “YUNESKO şedevrlərinin Olonxo torpağında görüşü” festivalı və “Asiyanın uşaqları” VI Beynəlxalq İdman Oyunları mədəni proqramı çərçivəsində keçiriləcək.

“Qədim tarın möcüzəsi” adlı konsert Nataliya Bazalevanın rəhbərliyi altında Yakutiya filarmoniyasının simfonik orkestri “Symphonica ARTica”nın müşayiəti ilə keçəcək.