“Azərbaycanla qardaşlıq münasibətlərini yüksək qiymətləndiririk”

Azərbaycanın Pakistana yeni təyin olunmuş səfiri Əli Əlizadə bu ölkənin baş nazirinin xarici işlər üzrə xüsusi köməkçisi Səid Tarik Fatemi ilə görüş keçirib.

“Report” “Radio Pakistan” istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib.

Söhbət zamanı xüsusi köməkçi Pakistan üçün Azərbaycanla qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib. S.T.Fatemi səfirimizə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün hər cür səy göstərəcəyi ilə bağlı vəd verib.

Bundan əlavə, S.T.Fatemi xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün iki ölkə arasında birbaşa uçuşların olmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.