“Erməni soyqırımı” layihəsi İsrail parlamentində

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil edilib.

AzVision.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu məsələ Knessetin sabah keçiriləcək iclasında müzakirə olunacaq.

Erməni Apostol Kilsəsinin Yerusəlim yeparxiyasının nümayəndəsi Koryun ata bildirib ki, iyulun 5-də erməni və yəhudilərdən ibarət qrupun Knessetin qarşısında “soyqırım”ın tanıması tələbi ilə etiraz aksiyası keçirəcək.