İraqda üç günlük matəm elan olunub

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

AzEuroNews azvision.az -a istinadən xəbər verir ki, baş nazir bildirib ki, terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində 167 nəfər ölüb, 170 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.