Prezident yazdığı mahnıya klip çəkdirdi – “Taleyə inad”

Qırğızıstan prezidenti Almazbek Atambayevin bəstələdiyi mahnıya klip çəkilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, klip YouTube sosial şəbəkəsinə yerləşdirilib.

“Bu mahnı “Taleyə inad” adlanır. Mənim ilk mahnılarımdandır və həyatımın devizi olub. Çox tez-tez bu mahnı mənə istənilən çətinliklərdən çıxmağa yardım edib” deyə mahnının müəllifi bildirib.

Klipin süjeti qırğız filminin motivləri əsasında çəkilib.

Ötən gün internetə yerləşdirilən klip bir sutkaya 53 min baxış sayı toplayıb.