Rusiyadan Türkiyə kurortlarına səfərlər 30 faiz ucuz olacaq

Rusiya Turoperatorlar Assosiasiyasında (RTA) hesab edirlər ki, çarter aviauçuşların bərpasından sonra Türkiyə kurortlarına səfərlər orta hesabla 20-30% ucuzlaşacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə RTA-nın icraçı direktoru Maya Lomidze bildirib.

O qeyd edib ki, orta hesabla “hər şey daxil” qida sistemi ilə üç ulduzlu oteldə 1 həftəlik istirahət 28-30 min rubla (436-468 dollar) başa gələcək.

Hazırda Türkiyəyə mütəmadi reyslərlə belə tipli səfərlər Rusiya turistinə orta hesabla 40 min rubla (624 dollar) başa gəlir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyəyə çarter uçuşlarına və turların satışına qadağanı ləğv edilməsinə dair fərman imzalayıb.