Türkiyədən Rusiyaya hərbi jest

Türkiyə “İncirlik”hərbi bazasını Rusiyanın istifadəsinə verməyə hazır olduğunu bəyan edib.

Modern.az-ın TRT telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir bildirib ki, Türkiyə İŞİD-ə qarşı mübarizə üçün “İncirlik” hərbi bazasını koalisiya qüvvələrinin ixtiyarına verib.

Türkiyənin XİN rəhbəri İŞİD qruplaşması bütün dünyanın düşməni olduğunu vurğulayıb.