Ukrayna prezidenti Bakıya iyulun sonuna kimi gələcək

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana rəsmi səfərə iyul ayının sonuna kimi gələcək.

Virtualaz.org bildirir ki, bunu “İnterfaks-Azərbaycan”a diplomatik mənbə xəbər verib.

“Prezident Azərbaycana rəsmi səfərə bu ayın sonuna qədər gələcək”, – agentliyin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi və proqramı müəyyənləşdirilir.