​Litva XİN başçısı: “Gürcüstanla viza rejimi payızda ləğv ediləcək”

Avropa İttifaqı Gürcüstanla viza rejimini payızda ləğv edəcək”.

“Report” Gürcüstan KİV-inə istinadən xəbr verir ki, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus bildirib.

“Gürcüstan vizasız rejimi qazanıb. Bu haqda Avropa İttifaqının komissiyası siyasi bəyanat da verib”, – deyə litvalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, razılaşma ilə bağlı dəyişikliyin olacağı da istisna deyil: “Razılaşmaya təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən düzəlişlər ola bilər. Fikrimcə, bu prosesi payızın əvvəlinədək başa vuracağıq”, – deyə Linas Linkyaviçus qeyd edib.