Berluskoni xəstəxanadan çıxdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskonin ürəyində keçirilən əməliyyatdan sonra xəstəxanadan çıxıb.

Trend-in məlumatına görə, xəstəxanadan çıxdıqdan sonra S.Berluskoni jurnalistlərə bildirib ki, 2 ay ərzində bədənində bərpa prosesi gedəcək.

Xatırladaq ki, “İrəli, İtaliya” partiyasının sədri, 80 yaşlı siyasətçi stress nəticəsində ürək çatışmazlığı diaqnozu ilə iyunun 7-də xəstəxanaya çatdırılıb. Aorta qapağının dəyişdirilməsi əməliyyatı Milanın “San Raffaelle” xəstəxanasında keçirilib. Əməliyyat iyunun 14-də 4 saat ərzində aparılıb.