Türkiyə tərəvəzləri ilə bağlı qərar qəbul edilməyib

Rusiyaya Türkiyə tərəvəzlərinin tədarükünün bərpa edilməsi üzrə hələ heç bir qərar qəbul edilməyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, bununla bağlı məsələ Ankara ilə müzakirə olunacaq.