“Ən yaxşı Seçki Məcəlləsini qəbul etsək də, Ermənistanda seçkilər saxtalaşdırılacaq”

Dünyada ən yaxşı Seçki Məcəlləsini qəbul etsək belə, Ermənistanda seçkilər saxtalaşdırılacaq, bu, işə yaramayacaq.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın “Helsinki komitəsi” ictimai təşkilatının sədri Avetik İşxanyan deyib.

Onun sözlərinə görə, problem Seçki Məcəlləsində deyil: “Seçki Məcəlləsi üçün lazımi məbləğ tapılsa da, seçkilərdən sonra ölkədə vəziyyət əvvəlki kimi olacaq”.