Azərbaycan ərəb turistlər üçün ən sərfəli ölkələr siyahısında beşlikdədir

Azərbaycan BƏƏ-dən olan turistlərin istirahət etmək üçün seçdikləri ölkələr siyahısında ilk beşlikdədir.

APA-Economics” xəbər verir ki, bu barədə “GulfNews” qəzeti məlumat yayıb.

Belə ki, nəşr Ramazan bayramı münasibətilə uzun istirahət günlərində ən yaxşı səyahət fürsətləri olan ölkələrin adlarını açıqlayıb.

Rusiya BƏƏ-dən olan turistlər üçün büdcə baxımından sərfəli ölkələr siyahısında birincidir. Qeyd olunub ki, Rusiyaya birbaşa aviareys 328-410 dollar arası dəyişir və bu ölkənin otellərində 3 gecə qonaqlamaq ərəb turistlər üçün ortalama 320,5 dollara başa gəlir.

Ümumilikdə isə, ərəb turistlər üçün ən yaxşı səyahət fürsətləri olan ölkələrin siyahısında Gürcüstan, Azərbaycan, Hindistan və Şri-Lanka ilk beşliyə daxildir.