İŞİD qruplaşması döyüşdən yayınan 7 fərarini diri-diri qaynatdı

Terrorçuların fikrincə, bu cür hədə-qorxularla tərəfdarlarını daha cəsarətlə vuruşmağa məcbur edə bilərlər.

İŞİD terror qruplaşması insanların üzərində növbəti edam nümayişi təşkil ediblər. Bu dəfə onlar öz tərəfdarlarını qaynar qazanlardakı suya ataraq diri-diri qaynadıblar. Fərarilik etdiklərinə görə onlara bu cür divan tutulub.

Qətlinə fərman verilən yeddi nəfər İraqın Səlahəddin əyalətində aparılan döyüş zamanı qaçıblar. Onlarin edam edilməsinə səbəb də məhz bu olub.

Keşmiş döyüşçüləri içi qaynar suyla doldurulmuş nəhəng qazanlara atmazdan əvvəl onların əl-qollarını bağlayıblar.