NATO Rusiya ilə əməkdaşlıqdan imtina etməyə hazırlaşmır

NATO Rusiya ilə əməkdaşlıqdan imtina etməyə hazırlaşmır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.

Onun sözlərinə görə, Avropada davamlı təhlükəsizlik yalnız Rusiya ilə mümkündür: “Rusiya ilə dialoq üçün mərkəzi yer Rusiya-NATO şurasına məxsusdur”.