“Rəsmi Moskva Ankara ilə əlaqələrin sürətlə bərpası üçün bütün addımları atır”

“Moskva Ankara ilə əlaqələrin sürətlə bərpası üçün bütün addımları atır”.

“Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz insanlarla, xalqlarla əlaqəni kəsmədiyimizi demişdik. İqtisadi əlaqələri də kəsməmişdik. Amma çox gözəl başa düşürdük ki, siyasi soyuqluq birbaşa iqtisadiyyata da təsir göstərəcək. İndi bu manelər aradan götürülür. Çünki Türkiyə üzr istədi. Atılmış addımlardan hər kəs xəbərdardır”, – deyə XİN rəsmisi bildirib.