Yerevanda yürüş keçirildi

Yerevanda həbs olunmuş müxalifət lideri Jirayr Sefilyana dəstək yürüşü keçirilib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, “Təsis parlamenti” təşəbbüs qrupunun onlarla tərəfdarı Azadlıq meydanından Baqramyan prospektində yerləşən Prezident İqamətgahına qarşı yürüş edərək J.Sefilyanın azad olunmasını tələb edib.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları Jirayr Sefilyanı dövlət çevrilişinə cəhddə ittiham edib. Səkkiz nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan altısı həbs edilib, biri axtarışdadır.