Azərbaycanlı zənginlərin “Gelandewagen»i Odessada rezonans doğurdu

Bir neçə gündür ki, Odessa sakinləri azərbaycanlı zənginlərə məxsus qızılı rəngli “Mercedes-Benz Gelandewagen”  markalı avtomobilin macəralarından danışır.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, avtomobil son 2 gündə 2 dəfə cərimə olunmaqla yerli xəbər xronikalarının əsas mövzusu olub. Avtomobil Azərbaycan qeydiyyatında olan: 90 KK 222 seriya nömrəsinə malikdir.

Birinci dəfə, iyulun 5-i gecə saatlarında avtobus dayanacağının önündə dayandığı üçün “Gelandewagen” cərimə meydançasına aparılmışdı.

Parketmə qaydalarını pozduğu üçün avtomobilin azərbaycanlı sahibləri 110 qrivna (4,4 dollar) cərimə olunmuş və bundan başqa, evakuator xidmətlərinə görə, əlavə 1000 qrivna (40,3 dollar) pul ödəyiblər.

Lakin bundan sonra da parketmə qaydalarını pozan maşın sahibləri sonuncu dəfə Deribasov və Yekaterininsk küçələrinin kəsişməsində avtomobillərini saxladıqları üçün daha 510 qrivna (20,2 dollar) cərimələniblər.