İlham Əliyevin qatıldığı sammit işə başladı – CANLI YAYIM

Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, öncə Polşa prezidenti Andjey Duda çıxış edib. O, NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.

O, qeyd edib ki, alyansın əsas funksiyası sülhün müdafiə olunmasıdır: “Krımın işğalı, Donbas, Suriyada baş verən müharibə, kütləvi miqrasiyanın beynəlxalq nizama ciddi təsir edib. Bu bizim qarşımızda böyük öhdəliklər qoyur. Əlimizdən gələni etməliyik ki, insanların sülh içində, qorxusuz yaşamasına töhfə verək. NATO Varşava sammitində birlik, həmrəylik, ən əsası isə qətiyyət nümayiş etdirməlidir. Ənənəvi və ya hibrid təhlükələrə qarşı birgə mübarizə aparmalıyıq”.

Polşa prezidenti qeyd edib ki, Varşava sammit alyansa üzv olmağa can atan ölkələrlə əməkdaşlıq üçün də əla imkandır.

Hazırda NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edir. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.